Bioqrafiya
Serhat Albayrak, 12 noyabr 1973-cü ildə İstanbuldə anadan olub. O, türkdür və iş adamı, media sahibidir. Təhsil yoluna İstanbuldə başlamış və Boğaziçi Universitetinin Siyasi Elmlər və Beynəlxalq Münasibətlər fakültəsindən məzun olub. Magistratura təhsilini Nyu-Yorkda Pace Universitetində maliyyə üzrə tamamlamış, ardından bankçılıq və maliyyə sahəsində doktorantura təhsili alıb. O, türq jurnalist, siyasətçi və yazıçı Sadık Albayrakın oğludur.
Eyni zamanda, keçmiş Türkiyə Enerji və Təbii Sərvətlər naziri, həmçinin Xəzinə və Maliyyə naziri Berat Albayrakın qardaşıdır. İş fəaliyyətinə Vestel Şirkətlər Qrupunda müəssisə rəhbəri olaraq başlayıb, daha sonra Çalık Holdingdə baş direktor və Star Media Qrupunda icraçı direktor kimi fəaliyyət göstərib. 2007-ci ildən Turkuvaz Media Qrupunda çalışır və hal-hazırda bu qurumun İcraçı Direktordur. Onun nailiyyətləri arasında sağlam həyatı öncəlik edənlərə verilən Yeşilay Zümrüdüanka Mükafatı (2016) və Trabzon Jurnalistlər Cəmiyyətinin təqdim etdiyi Ziyad Nemli Böyük Mükafatına (2017 və 2019) iki dəfə layiq görülməsi vardır. Bu mükafatları Turkuvaz Media Qrupunu ölkənin ən inkişaf etmiş və yenilikçi media qurumu halına gətirdiyi üçün alıb. Turkuvaz Media Qrupu tərkibində ATV, Sabah Qəzeti, A Haber, D&R kimi yazılı, vizual, digital və pərakəndə sahələrdə bir çox önəmli nəşriyyat orqanı və markanı idarə edir.




