Bioqrafiya
Servet Tazegül, 26 sentyabr 1988-ci ildə Almaniyanın Nürnberq şəhərində anadan olub. 5 yaşında Uzaq Şərq filmlərindən ilhamlanaraq tekvandoya başlayıb, bacısı tərəfindən bir tekvando zalına yazdırılıb. 2003-cü ildə Türkiyəyə dəvət olunaraq Türk Milli Komandası ilə birləşib.
İstanbul Böyükşəhər Bələdiyyə İdman Klubu idmançısı olan Tazegül, Almaniyada yaşayır, lakin yarışlar və hazırlıq prosesləri səbəbindən ilin yarısını Türkiyədə keçirir. 2004-cü ildə Koreyada gənclər dünya çempionu olmuş, 2008 və 2010-cu illərdə Avropa çempionluğunu qazanıb. 2011-ci ildə Cənubi Koreyada təşkil olunan Dünya Taekwondo Çempionatında dünya çempionu olub və burada dünyanın ən estetik döyüşən tekvandocusu seçilib.
2008 Pekin Yay Olimpiya Oyunlarında bürünc medal qazanmış, 2012 Londonda isə Türkiyəyə ilk qızıl medalı qazandırıb. Servet, 2012 Londonda əldə etdiyi nailiyyətlə tarixə düşüb. 2014-cü il Avropa Tekvando Çempionatında finalda rus idmançı Aleksey Denisenko ilə bərabərlik əldə edib və qızıl vuruşla çempion olub.
2016-cı il Olimpiya Oyunlarında medal olmadan yarışlara vaxtından əvvəl son verib. 2019-cu ildən etibarən idman kariyerasını sonlandıraraq kişilər milli komandasının baş məşqçisi kimi fəaliyyətə başlayıb.