Bioqrafiya
Sevda Türküsev, 1969-cu ildə İstanbulda anadan olub. Saraybosna mühacirlərindən olan Boşnak kökənli bir ailənin 3-cü qız övladıdır. Gənc yaşda, hələ 19 yaşında ərə gedib, lakin 25 yaşında boşanıb.
Bu evliliyindən bir oğlu var. Onun həyatındakı ən önəmli kişilərdən biri oğlu, digəri isə atası Hüseyin Türküsev-dir. Kariyerasına tekstil sektorunda başlayıb və 2004-2008-ci illər arasında bir inteqrasiya olunmuş tekstil fabrikasının baş müdiri vəzifəsini icra edib.
Hazırda yazıçı kimi fəaliyyətini davam etdirən Sevda Türküsev, sosial məsuliyyət və dəyərlər təhsili çərçivəsində müxtəlif işlər görür. Eyni zamanda, fərdi inkişaf üzrə mütəxəssis, həyat treneri, korporativ və fərdi məsləhət xidmələri təqdim edir. Qadın panelləri, ailə içi ünsiyyət, fərdi inkişaf və iş həyatında uğur kimi mövzular üzrə seminarlara və konfranslara ev sahibliyi edir.
Rəsmi veb saytında daha ətraflı məlumat əldə etmək mümkündür.