Bioqrafiya
Suat Günsel, 1952-ci ildə Kiprin Baf rayonuna daxil olan Beşikteş kəndində anadan olub. Atası İrfan bəy, kənddə meşə mühafizəçisi kimi çalışmış, anası isə Havva xanımdır. Suat Günsel, ibtidai təhsilini Lefkoşada başa vurduqdan sonra, Türk icmasında yaradılan İngilis Kollecində təhsilini davam etdirmişdir.
Universitet təhsilini Orta Şərq Texniki Universitetində tamamladıqdan sonra, 1978-ci ildə Şimali Kiprə qayıdaraq, Kiprin ilk kurs mərkəzi olan Başarı Dərsxanasını açmışdır. Suat Günsel, Yaxın Şərq Universitetinin qurucu rektoru olub və bankçılıq, enerji, turizm kimi sahələrdə böyük sərmayələr yatırmışdır. 2018-ci ildə Forbes tərəfindən açıqlanan zənginlər siyahısında onun net sərvəti 1.89 milyard dollar olaraq göstərilmiş, Türk zənginləri arasında 12-ci, dünya miqyasında isə 891-ci yerdə qərar tutmuşdur.
Suat Günsel, Özay Günsel ilə evlidir və bu evlilikdən İrfan, Aziz və Cemre adında üç övladı var. Böyük oğlu İrfan, Yaxın Şərq Universitetinin İdarə Heyətinin sədri vəzifəsini daşıyır. Qızı Cemre, 2012-ci ildə evlənmişdir.
Suat Günsel, Trabzonspor fanatı olduğunu bir müsahibəsində bildirmişdir.