Bioqrafiya
Doğum tarixi: 27 oktyabr 1932 Ölüm tarixi: 11 fevral 1963 Sylvia Plath 31 yaşında vəfat edib. Doğum yeri: Boston, Massachusetts, ABŞ. İntihar edərək diqqətləri üzərinə çəkən Amerikalı şair və yazıçıdır.
Plath, qazandığı Fulbright təqaüdü ilə Cambridge Universitetinə qəbul olub. Şiirləri tələbə qəzeti olan Varsity-də dərc olunurdu. Məktəbdə təhsilini davam etdirərkən keçirdiyi ağır depressiya nəticəsində intihara cəhd edib.
Məktəbdə 1956-cı ildə gələcək həyat yoldaşı, ingilis şairi Ted Hughes ilə tanış olub. Evləndikdən sonra Boston’da yaşamaya başlayıblar. Sylvia hamilə qaldıqdan qısa müddət sonra, həyat yoldaşı ilə Londona köçüblər.
Onların Nicholas Hughes (d.1962) adlı oğlu və Frieda (d.1959) adlı qızı dünyaya gəlib. Oğlu Nicholas Hughes 2009-cu ildə intihar edib. Plath və Hughes Londonda qısa müddət yaşadıqdan sonra North Tawton'a köçüblər.
1962-ci ildə ilk övladlarının doğumundan sonra cütlüyün arasında xəyanət səbəbindən mübahisələr başlayıb. Cütlüyün problemləri bu dövrdə meydana çıxıb və ikinci övladları Nicholas Hughes'un doğulmasından qısa müddət sonra Sylvia Plath Londona qayıdaraq boşanma prosedurlarını başlatmağa qərar verib. Sentyabr 1962-də boşanıblar.
1963-cü ildə “Victoria Lucas” təxəllüsü ilə tək romanı olan “Sırça Fanus” (The Bell Jar) nəşr olunub. Romanı onun ölümündən sonra öz adı ilə yayımlanıb. Plath, universitetdə yaşadığı çətin günləri yarı-autobioqrafik üslubda təsvir edib, həyatındakı insanları və hadisələri ətraflı şəkildə əks etdirib.
Plath’ın anası, kitabın Amerikada qadağan edilməsi üçün cəhd etsə də, müvəffəqiyyət qazana bilməyib. 1962-1963 qışı Plath üçün çətin keçib. Yaşadıqı sarsıntılar və depressiv ruh halı səbəbindən 11 fevral 1963-cü ildə, ikinci mərtəbədəki yataq otağında yatan uşaqlarının yanına süd və keks qoyduqdan sonra, otağın qapısını içəri qaz girməməsi üçün bantlayaraq bağlayıb və kafasını soba içərisinə salaraq intihar edib.
Plath intihar edəndə 30 yaşındaydı. İntiharı səbəbindən həyat yoldaşı Ted Hughes tənqidlərə məruz qalıb. Altı ildən sonra Ted Hughes, sevgilisinin Plath ilə eyni şəkildə intihar etməsi ilə sarsılmışdır.
Assia Wevill və Ted Hughes'un 4 yaşındakı qızı Shura da bu hadisədə həyatını itirib. Hughes illərlə bu məsələ ilə bağlı danışmayıb. Ted Hughes, 1998-ci ildə çap etdiyi 88 şeirdən ibarət “Doğumgünü Mektupları” kitabı ilə Sylvia Plath ilə olan münasibətini ilk dəfə şeirində ifadə edib.
11 yaşından etibarən gündəliklər tutan Sylvia, ölümünə qədər bu ənənəni davam etdirib. 1980-ci ildə “Sylvia Plath’in Günceləri” adı ilə dərc olunub. 2003-cü ildə baş rollarında Gwyneth Paltrow və Daniel Craig-in oynadığı həyatını əks etdirən “Sylvia” adlı film çəkilib.
Eserləri: Şiirlər: The Colossus (1960), Ariel (1965), Crossing the Water (1971), Winter Trees (1972), The Collected Poems (1981); Düz yazı: The Bell Jar (1963), Letters Home (1975), Johnny Panic and the Bible of Dreams (1977), The Journals of Sylvia Plath (1982), The Magic Mirror (1989), The Unabridged Journals of Sylvia Plath; Uşaq kitabları: The Red Book (1976), The It-Doesn't-Matter-Suit (1996), Collected Children's Stories (İngiltərə, 2001), Mrs. Cherry's Kitchen (2001). Türk dilinə tərcümə olunan əsərləri: Ariel, Johnny Panic və Rüyaların Kutsal Kitabı, Sırça Fanus, Üç Kadın, Sylvia Plath’in Günceləri.