Bioqrafiya
Tarık Çamdal, 24 mart 1991-ci ildə Almaniyanın Münhen şəhərində anadan olub. Tam adı Osman Tarık Çamdal olan futbolçu, Kayseridən Almaniyaya işləmək məqsədilə köç edən bir ailənin övladıdır. Tarıq yalnızca Türkiyə vətəndaşıdır və Alman vətəndaşlığı yoxdur.
Futbol karyerasına 2000-ci ildə Türk Ingolstadtın gənclər komandasında başlayıb, daha sonra 2002-2003 illəri arasında Ingolstadt’da, 2003-2009 illəri arasında isə 1860 Münhenin gənclər komandasında fəaliyyətini davam etdirib. 2009-cu ildə 1860 Münhenin ikinci komandası olan 1860 Münhen II kadrosuna qatılıb və həmin il 1860 Münhen ilə peşəkar futbol kariyerasına ilk addımını atıb. İlk rəsmi matçını 12 sentyabr 2009-cu ildə GreutherFürthə qarşı oynayıb.
2011-ci ildə Eskişehirspor’a 300.000 avro transfer haqqı ilə keçib. 1 sentyabr 2014-cü ildə isə Galatasaray’a 4 milyon 750 min avro qarşılığında transfer olunub. 2016-cı ildə Eskişehirspor’a bir illiyinə kiralanıb.
Tarık Çamdal, milli komanda karyerasına 2009-2010 illəri arasında Almaniya U-19 komandasında başlayıb, 2013-2014 illəri arasında Türkiyə A2 komandasında, 2013-cü ildən etibarən isə Türkiyə milli komandasında da çıxış edib. Tarıq, 5 noyabr 2015-ci ildə futbolçu Erkan Zenginin bacısı Hülya Eda Zengin ilə İsveçdə evlənib.