Bioqrafiya
Tekin Aral, 18 iyun 1941-ci ildə İstanbulun Silivri rayonunda anadan olub. Mediha və İsmail Aral cütlüyünün ortanca övladı olan Tekin, 4 yaşında atasını itirib. Anası və iki qardaşı ilə birlikdə nənəsinin evinə köçüb.
Oğuz Aralın qardaşı və Güzin Aralın böyük qardaşıdır. Karikatura karyerasına Dolmuş jurnalında başlayıb, daha sonra Tef, Karikatür, Vatan, Yeni Tanin, Yeni Sabah və Akşam kimi qəzet və jurnallarda əsərləri dərc edilib. 1968-ci ildən Günaydın qəzetində çalışmağa başlayıb, 1972-ci ildə qardaşı Oğuz Aral ilə birlikdə Gırgır adlı mizah jurnalını çıxarıb.
1976-cı ildə Fırt adlı bir jurnalı nəşr edərək “Arap Kadri” obrazı ilə diqqət çəkib. Mizah aləmində önəmli bir sima olan Tekin Aral, 7 sentyabr 1985-ci ildən Hürriyet qəzetində “TV-də Nə Var Nə Yox” adlı köşəsində televiziya tənqidləri yazıb. İnci xanımla evlənmiş və Ayşe (d.
05 fevral 1971) və Ayça adında iki qızı olub. Tekin Aral, 20 aprel 1999-cu ildə, böyrək çatışmazlığı səbəbi ilə müalicə olunduğu Amerikan Xəstəxanasında ürək çatışmazlığından 58 yaşında vəfat edib.