Bioqrafiya
Tolqa Zəngin, 10 oktyabr 1983-cü ildə Artvinin Hopa rayonu ilə anadan olub. Futbol karyerasına 1995-ci ildən Trabzon İdmanocağı klubunda amatör olaraq başlayıb, daha sonra 1998-2003-cü illərdə Trabzonspor PAF komandasında çıxış edib. 2002-ci ildən peşəkar futbol karyerasına Trabzonsporda başlayıb və 2013-cü ilədək burada qapıçı kimi fəaliyyət göstərib.
22 iyul 2013-cü ildə Beşiktaş futbol komandasına keçib və burada kapitanlıq edib. Beşiktaş ilə 2015-2016 sezonunda Spor Toto Super Liqanın çempionluğunu qazanıb. Milli komanda karyerasına 1998-ci ildən Türkiyə U-15 komandası ilə başlayıb və müxtəlif yaş qruplarında milli formanı geyinib.
İlk A milli komanda matçını 12 aprel 2006-cı ildə Azərbaycanla keçirilmiş dostluq oyununda oynayıb. Tolqa Zəngin, futbol karyerasından əlavə şəxsi həyatında Ece Saraç ilə evlidir və Tolgahan adlı bir oğlu var.