Bioqrafiya
Ülkü Erakalın, 9 iyul 1934-cü ildə İstanbulda musiqiçi bir ailədə anadan olub. İstanbul Bələdiyyə Konservatoriyasının Musiqi Bölümünü bitirdikdən sonra, 1958-ci ildə Ömer Lütfi Akadın “Ateşten Damla” filmində köməkçi kimi işləyərək kinoya ilk addımını atıb. Kinokaryerasına Orhan Elmas, Alşevir Alyanak və Hulki Sanerin köməkçisi olaraq davam edib.
1961-ci ildə “Unutamadığım Kadın” filmi ilə rejissorluq karyerasına başlayıb. 1963-cü ildə Duygu Film'i quraraq istehsalçılıq sahəsinə də daxil olub. 1970-ci illərdə borclarını ödəmək məqsədilə bir çox erotik filmin rejissorluğunu edib.
Ülkü Erakalın, “Lekeli Aşk”, “Acı Yıllar”, “Aldırma Gönül”, “Kadınlar Koğuşu”, “Dudaktan Kalbe”, “Üvey Ana” və “Ben Sana Mecburum” kimi önəmli filmlərin rejissorluğunu edib. 1972-ci ildə Antalya Altın Portakal Film Festivalında “Üvey Ana” ilə Ən Yaxşı 3-cü Film Mükafatını, 1976-cı ildə isə “Ben Sana Mecburum” ilə 1-ci İstanbul Beynəlxalq Film Festivalında Birincilik Mükafatını qazanıb. 2009-cu ildə “Çığlık Çığlığa Bir Sevda” filmi ilə Altın Portakal Şərəf Mükafatına layiq görülüb.
Ülkü Erakalın 1958-ci ildən bəri Nebahat Erakalın ilə evlidir və Hakan, Murat, Devrim adında üç oğlu var. 6 aprel 2016-cı ildə bir müddət müalicə aldığı Haydarpaşa Numune Xəstəxanasında 82 yaşında vəfat edib.