Ümit Özaraz

Bioqrafiya

Ümit Özaraz, 1987-ci ildə Van şəhərində anadan olub. İlk təhsilini yatılı olaraq Van'da başa vurduqdan sonra, təhsil həyatına İstanbulda Kartal Anadolu Liseyində davam edib. Liseyi bitirdikdən sonra Çanakkaləyə gedərək Çanakkale Onsekiz Mart Universitetinin İnşaat fakültəsindən məzun olub.

Təhsilini Anadolu Universitetinin Fəlsəfə fakültəsində davam etdirən Özaraz, musiqi karyerasına 2016-cı ildən başlayıb. İlk professional çalışmasını "Mum" və "Hadi Kalk" adlı parçaları ilə reallaşdırıb. Bu parçaların söz və musiqisi ona aiddir.

Musiqi karyerasında repertuarında Kürd və Qara dəniz parçaları da yer alır. 2015-ci ildə atasını itirən ifaçı gündəlik fəaliyyəti ilə öz bəstələrini səsləndirir. Eyni zamanda kara kalem və boya əsərləri yaradır.

Bir müddət protez dırnaq mütəxəssisi olaraq gözəllik sahəsində fəaliyyət göstərib. Hazırda İstanbulda yaşayır.