Bioqrafiya
Üstün Dökmen, 1954-cü ildə İstanbulda anadan olub. İlk və orta təhsilini Erzurumda tamamladıqdan sonra, Ankara Cumhuriyet Lisesini bitirmişdir. Hacettepe Universitetinin Psixologiya fakültəsindən məzun olduqdan sonra, eyni universitetdə magistratura təhsili almışdır.
1986-cı ildə Ankara Universitetində doktor dərəcəsini əldə etmiş, 1988-ci ildə dosent, 1995-ci ildə isə professor unvanını qazanmışdır. Hazırda Təhsil Elmləri Fakültəsində müəllim kimi fəaliyyət göstərir. Üstün Dökmen, elmi kitabları ilə yanaşı, məqalələri, şeir dəftərləri və teatr əsərləri ilə də tanınır.
TRT ekranlarında səkkiz il boyunca "Küçük Şeyler" adlı proqramı təqdim etmiş, gənclərə operanı sevdirmək məqsədilə "Biz Kim Opera Kim" adlı proqram hazırlamışdır. 2008-ci ildə Türkiyə Yazarlar Birliyindən "Küçük Şeyler" əsəri ilə esse sahəsində mükafat almışdır. Hazırda 360 TV-də müxtəlif mövzularla bağlı proqramlar təqdim edir.
Yazdığı əsərlər arasında "İnsanın Korunakları", "Küçük Şeyler", "Varolmaq", "Gelişmək", "Uzlaşmaq" kimi kitablar mövcuddur. Üstün Dökmen evlidir və iki övladı vardır.