Bioqrafiya
Vilhelm Grim, 24 fevral 1786-cı ildə Almaniyanın Hesse-Kassel əyalətinin Hanu şəhərində anadan olub. 16 dekabr 1859-cu ildə Berlində həyata gözlərini yumub və 73 yaşında vəfat edib. Yazar, dilşünas və folklor mütəxəssisi kimi tanınan Vilhelm Grim, qardaşı Yakob Grim ilə birlikdə yazdığı əsərlərlə "Grim qardaşları" adı ilə məşhurdur.
Lakin, Vilhelm Grim qardaşından müstəqil olaraq da mühüm folklor əsərləri qələmə almış və klassik dilçilik sahəsində tanınmış bir mövqeyə yüksəlmişdir. 1925-ci ildə Henrietta Dorothe Wild ilə evlənən Vilhelm, bu evlilikdən dörd övlad sahibi olub. Vilhelm, qardaşı Yakob ilə birgə alman dili və ədəbiyyatı bölümlərini yaradıb və geniş bir Alman Sözlüyü hazırlamışdır.
1814-1829-cu illərdə Kasseldə kitabxana işçisi kimi fəaliyyət göstərmiş, daha sonra Götinqen Universitetində kitabxanaçı olaraq çalışmış və 1835-ci ildə professor adını qazanmışdır. 1837-1841-ci illərdə Götinqen Universitetində "Götinqen Yeddisi" adlı bir qrup yaradaraq Kral Ernst Augusta etiraz edib. Bu qrup universitetdən uzaqlaşdırılıb.
Vilhelm Grim, qardaşı Yakob ilə apardığı tədqiqatlarla dünya miqyasında tanınmış, eyni zamanda müstəqil olaraq yaratdığı əsərlərlə akademik mühitdə böyük maraq qazanmışdır. Onun məzarı Berlindəki St. Matheus Kilsəsində yerləşir.