Bioqrafiya
Uilyam Tomsan Lord Kelvin 26 iyun 1824-cü ildə Şimali İrlandiyanın paytaxtı Belfastda anadan olub. Məşhur riyaziyyatçı və fizik olan Lord Kelvin, xüsusilə Kelvin temperatur ölçmə skalasını inkişaf etdirməsi ilə tanınır. Dörd uşaqdan ibarət bir ailənin ikinci övladı olan Kelvin, altı yaşında anasını itirib.
Atası Ceyms Tomsan onu riyaziyyat sahəsində təhsil alması üçün yönləndirib. 1832-ci ildə ailəsi Şotlandiyanın Qlazqo şəhərinə köçüb və burada 10 yaşında Qlazqo Universitetində təhsil almağa başlayıb. Təhsilini burada davam etdirən Kelvin, 1841-ci ildə Kembric Universitetində təhsilə başlamış və 1845-ci ildə məzun olub.
Məzuniyyətindən sonra Parisdə Henri Viktor Reyno ilə laboratoriyada çalışaraq praktiki fizika sahəsində özünü inkişaf etdirib. 1847-ci ildən Qlazqo Universitetində fizik professoru olaraq fəaliyyətə başlayıb və bu vəzifədə 53 il ərzində çalışıb. Kelvin, istilik və elektriklə bağlı mühüm tədqiqatlar aparmış, qazların genşlənməsi və mütləq temperatur ölçəyi kimi mövzularda əhəmiyyətli töhfələr verib.
1858-ci ildə ilk Atlantik dənizaltı teleqraf kabelinin döşənməsində aktiv rol oynayıb və 1866-cı ildə şövalyelik mükafatı alıb. 1892-ci ildən baron titulu qazanmış və Lord Kelvin kimi tanınmağa başlamışdır. 1904-cü ildə Qlazqo Universitetinin rektoru təyin edilmiş və 600-dən çox kitab və məqalə yazmışdır.
17 dekabr 1907-ci ildə 83 yaşında Largs, Qlazqo, İngiltərədə vəfaət edib.