Bioqrafiya
Yakup Ekin, 1975-ci ilin may ayında Erzincan şəhərində anadan olub. Musiqi karyerasına 2005-ci ildə "Bir Nefes" adlı albomu ilə başlamış, bu albomdakı "Bir Nefes" mahnısı ilə ilin ən yaxşı debüt edən icraçısı titulunu qazanmışdır. Mahnı, rəqəmsal mühitdə ən çox sevilən əsərlərdən birinə çevrilmiş və ilin ən yaxşı mahnısı seçilmişdir.
Yakup Ekin, musiqi təhsilinə məşhur orkestr rəhbəri və müğənni Armağan Şenoldan şan və solfej dərsləri alaraq başlayıb. İlk, orta məktəb və lisey təhsilini doğub boya-başa çatdığı Erzincan şəhərində tamamlamışdır. Ekinin musiqi karyerasında "Giderim Buralardan", "Küpe", "Unutamam", "Yıkılsın Dünya", "Unutabilmekmi Seni Asla", "Senden Sonra", "Yalanmış" və "Ya Bugün Döneceksen" kimi bir çox populyar mahnısı vardır.
Bu mahnılar, YouTube kimi rəqəmsal platformalarda milyonlarla dəfə dinlənilib. Yakup Ekin, musiqi dünyasından uzun müddət uzaq qalmış, 2017-ci ildə sevənlərinin mesajları ilə yenidən musiqiyə dönmüşdür. Lakin, ən son ifa etdiyi single ilə bağlı yenidən sessizliyə bürünmüşdür.
Hal-hazırda rəsmi Instagram hesabında 15,8 min civarında izləyicisi vardır.