Bioqrafiya
**Yaşar Günaçgün** 5 aprel 1970-ci ildə Adanada anadan olub. Onun atası Mustafa Erdal Adanalıdır, anası Mukaddes Leyla isə Tarsusludur; buna görə də Yaşar özünü çukurovalı kimi tanıdır. İlk təhsilini Adana İsmet İnönü məktəbində alıb, orta məktəb və lisey təhsilini Adana Özəl Yeni Lisesində başa vurub.
1985-ci ilin yayında atasını itirib. 1991-ci ildə kiçik bir qrup yaradaraq yaz aylarında Mersin sahillərindəki yazlıq məkanlarda kiçik miqyaslı onlarla konser verib. İstanbulda ilk dəfə şarkılarını Moda rayonunda yerləşən Hander adlı məkanda ifa edib.
1994-cü ildə Ankara Mamakda 239-cu qısa müddətli olaraq hərbi xidmətini icra edib. 1996-cı ilin sentyabrında "Divane" adlı albümünü təqdim edib. "Divane" albümü uğurlu satış qrafiki ilə Altın Plak mükafatı ilə təltif edilib.
1998-ci il oktyabrında "Esirinim" adlı ikinci albümünü buraxıb. Bu albümdə Türk Sanat Musiqisi elementlərini ehtiva edən "Kuşlar" adlı hit mahnısı ilə dinləyici kütləsi artıb və artıq onu Türk Sanat Musiqisini sevənlər də dinləməyə başlayıb. 2000-ci ilin noyabrında "Masal" adlı albümü ilə öz üçlüyünü tamamlayıb.
2003-cü ilin avqustunda “Yalnızlıq Dört Bin Perde” adlı şeir kitabı nəşr edib. 11 aprel 2005-ci ildə öz mahnılarından ibarət "Hatırla" albümünü təqdim edib. 5 yanvar 2007-ci ildə "Sevda Sinemalarında" adlı albümünü, 2008-ci ilin noyabrında isə ən çox sevilən və pərəstişkarlarından ən çox istək alan mahnılarını bir araya topladığı "Akustik-Besof Albümü Dem" adlı albümü çıxarıb.
Yaşar Günaçgün 28 may 2011-ci ildə psixoloq Merve Oğuz ilə evlənib. 24 sentyabr 2012-ci ildə "Kerem" adını verdiyi bir oğlu dünyaya gəlib. O, öz albümləri ilə yanaşı, 40-dan çox albümdə bəstəkar, söz yazarı və ya ifaçı olaraq yer alıb.
Həmçinin bir neçə film və serialda aktyorluq fəaliyyəti göstərib. **Kitabları:** - 2003 - Yalnızlıq Dört Bin Perde (Şiir kitabı) - 2013 - Kuş Ökseleri, Akustik Şiirler - 2013 - Gelen Yolcu, Öykü kitabı **Albüm İcmalı:** - 1996 - Divane - 1998 - Divane Remixes - 1999 - Esirinim - 2001 - Masal - 2002 - Masal Remixes - 2002 - Sevdiğim Şarkılar - 2004 - Sevdiğim Şarkılar Remixes - 2005 - Hatırla - 2006 - Sevda Sinemalarda - 2008 - Dem - 2010 - Eski Yazlar - 2011 - Eski Yazlar - Revised - 2013 - Cadde - 2017 - Şehir Yalnızlığı - 2021 - Küller Alevlenmeye Başladı/Camları Tükenmez Pencerelerin (Single) - 2022 - İhanet Ettin (Single) - 2022 - Var Mı? (Single) **Filmləri:** - 2000 - Ağlayan Kadın (Ali rolunda) - 2001 - Kimse Beni Sevmiyor (Köprüde Gitar Çalan Genç rolunda) - 2010 - Yahşi Cazibe (Kendisi) - 2007 - Çocuk (Film müziklərini hazırladı) Yaşar Günaçgün hal-hazırda fəaliyyətini davam etdirir.