Bioqrafiya
Yasin Aslan, 1953-cü ilin iyun ayında Karsın Arpaçay rayonunda anadan olub. Ailəsi Arpaçay rayonunun Sosgert kəndindədir. İlköğrətim və orta məktəb təhsilini Karsın Aralık rayonunda tamamladıqdan sonra Tokatda lisey təhsili alıb.
Liseyi bitirdikdən sonra Diyarbəkirdəki Təhsil İnstitutunun ingilis dili bölümünə daxil olub və 1977-ci ildə bu bölümdən məzun olub. Məzuniyyətdən sonra həmin müəssisədə müəllim kimi fəaliyyətə başlayıb. 1985-ci ildə iştirak etdiyi bir imtahan nəticəsində Almaniyanın Münhen şəhərində Hür Avropa və Azadlıq Radiosunun Azərbaycan Masasında baş redaktor və spiker olaraq çalışıb.
1995-ci ilə qədər bu radio ilə əməkdaşlığını davam etdirib. 10 ildən artıq bir müddətdə radio sahəsində çalışan Yasin Aslan, Türkiyədən Baş nazir müavini kimi çalışmaq üçün dəvət almış və bu dəvəti qəbul edərək Ankaraya köçüb. 2003-cü ildə pensiyaya çıxana qədər 3 fərqli Baş nazir ilə birgə çalışıb.
Kafkasya üzrə mütəxəssis olan Yasin Aslan, Azərbaycan, Orta Asiya Respublikaları və Rusiya ilə bağlı ümumilikdə 13 kitab yazıb. Eyni zamanda, Türkiyədə müxtəlif qəzet və jurnallarda Azərbaycan və keçmiş Sovet İttifaqında baş verən hadisələrə dair bir çox məqalə dərc etdirib. Orta Asiya, Kafkasya və Azərbaycanın sosial, siyasi, hərbi və iqtisadi vəziyyətini şərh edən ingilis dilindəki məqalələri isə qərb ölkələrində yayımlanıb.
Yasin Aslan evli və iki uşağın atasıdır.