Bioqrafiya
Yavuz Selim Köşger, 3 yanvar 1964-cü ildə Türkiyənin Konya vilayətinə bağlı Çumra rayonunda anadan olub. 1986-cı ildə Ankara Universitetinin İqtisadi və İdarəetmə Fakültəsini bitirib. Mezuniyyətindən sonra 1987-1990-cı illər arasında Dernek Denetçiliyi ilə məşğul olub.
2004-cü ildə Mahalli İdarələr Ümumi Müdirliyində şöbə müdiri vəzifəsinə təyin olunub, 2006-cı ildən isə Ümumi Müdir Muavini, 28 may 2010-cu ildən isə Ümumi Müdür olub. Bu vəzifədə 2013-cü ilə qədər çalışıb. Yavuz Selim Köşger, 2013-2015-ci illərdə Sinop valisi, 2015-2017-ci illərdə Bingöl valisi, 2017-2020-ci illərdə isə Aydın valisi olaraq fəaliyyət göstərib.
20 iyun 2020-ci ildə İzmir valisi kimi təyin olunaraq bu vəzifəyə başlayıb. 10 avqust 2023-cü ildə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzası ilə Adana valisi təyin edilib. Yavuz Selim Köşger, evlidir və 4 övladı var.
Həmçinin, Parisdə 5 aylıq dil təhsili alıb və Fransız İdarəetmə Sistemi üzrə araşdırmalar aparıb.