Bioqrafiya
Yelda Reynaud 17 yanvar 1972-ci ildə Avstriyanın Vyana şəhərində anadan olub. Əsl adı Yelda Kaymakçı olan Reynaud, ailəsinin xaricdə işləməsi səbəbindən 5 yaşında Almaniyaya köç edib. İlk təhsilini Almaniyada tamamladıqdan sonra Misirə gedərək burada bir neçə il dalış müəllimliyi etmişdir.
Misirdə tanış olduğu fransız Jean-Jacques Reynaud ilə evlənib. 18-19 yaşları arasında bir Amerika şirkətinin təklifi ilə Amerikada, Detroit şəhərinə gedərək orada 8 ay çalışmış və işin incəliklərini öyrənmişdir. Endoneziyaya getmə planı vizanın alınmaması səbəbindən baş tutmayınca, əri ilə birlikdə Parisi seçərək burada yaşamaya başlayıblar.
Parisdə Gözəl Sənətlər Akademiyasında Teatr və Kino bölməsində 6 il təhsil alıb və müxtəlif teatr fəaliyyətlərində 4 il boyunca rol alıb. 1998-ci ildə türk rejissor Yılmaz Arslan tərəfindən yazılıb çəkilmiş “Yara” adlı filmindəki Hülya rolu ilə diqqət çəkib və 18-ci İstanbul Film Festivalında “Ən Yaxşı Qadın Aktyor” mükafatını qazanıb. Özlem Düvencioğlu ilə birlikdə “Başıbozuk Ltd.” adlı bir istehsal şirkəti qurmuşdur.
Yelda Reynaud türk, ingilis, alman və fransız dillərini sərbəst danışa bilir. Həmçinin orta səviyyədə Misir ərəbcəsi, italyanca və ispan dili biliyinə malikdir. Oynadığı önəmli əsərlər arasında “İki Gözüm”, “Ölümle Dans”, “Yaşamın Kıyısında”, “Anlat İstanbul” və “Yara” kimi filmlər yer alır.
Reynaud 2007-2010-ci illər arasında “Parmaklıklar Ardında” adlı serialda rol alıb. Karyerası ərzində bir çox mükafat qazanmış və Türk sinemasının önəmli simalarından biri halına gəlmişdir.