Bioqrafiya
Yunus Mallı, 24 fevral 1992-ci ildə Almaniyanın Kassel şəhərində anadan olub. Əslən Gümüşhane rayonunun Şiran kəndindəndir. Futbol karyerasına gənc yaşda başlayıb və 2010-2011 mövsümündə Borussia Mönchengladbach II klubunda peşəkar futbol həyatına daxil olub.
25 may 2010-cu ildə ilk rəsmi oyununa çıxıb və bir həftə sonra Fortuna Düsseldorf II-yə qarşı karyerasının ilk qolunu vurub. 2011-ci ildə FSV Mainz 05 II komandasına transfer olunub və burada göstərdiyi performansla diqqətləri üzərinə cəlb edib. 2015-2016 mövsümündə FSV Mainz 05 klubunun 10 nömrəli formasını geyinməyə başlayıb və TSG 1899 Hoffenheim ilə oyunda hat-trick edərək böyük nailiyyət əldə edib.
2015-ci ildə Türkiyə Millî Futbol Komandasını seçən Mallı, A Milli Komanda ilə ilk oyununa 13 noyabr 2015-ci ildə Qətərlə oynanan dostluq matçında çıxıb. Fatih Terim tərəfindən EURO 2016-ya gedəcək final heyətinə daxil edilib. Futbol karyerasında bir çox uğurlara imza atan Yunus Mallı, hazırda Bundesliga komandalarından FSV Mainz 05-də forma geyinir.