Bioqrafiya
Zach King 4 fevral 1991-ci ildə ABŞ-ınOregon ştatının Portland şəhərində anadan olub. Anasının adı Marissa King-dir və onun iki bacısı var: Megan və Annie King. Zach yeddi yaşında video kamera istifadə etməyə başlayıb və bu sahəyə marağı müddət getdikcə artıb.
Təhsilini Oregon-da Wilsonville Liseyində davam etdirən Zach, 2012-ci ildə Kaliforniyadakı Biola Universitetinin kino və media sənətləri bölümünü bitirib. 2008-ci ildən YouTube-a video yükləməyə başlayan Zach, 2010-cu ildə Hewlett-Packard tərəfindən təşkil edilən bir müsabiqədə Londondakı Film Festivalında birincilik qazanıb. 2013-cü ildə YouTube-un NextUp Yaratıcıları yarışmasını qazanaraq diqqətləri üzərinə cəlb edib.
Sentyabr 2013-də Vine hesabını açaraq 6 saniyəlik qısa filmlər çəkməyə başlayıb və bu videolarla böyük fenomen halına gəlib. Zach King videolarında kompüter effektlərini ustalıqla istifadə edərək izləyicilərə ilüzionlar təqdim edir və zarafatlı bir üslubdan istifadə edir. 28 dekabr 2014-cü ildə Rachel King ilə evlənib və cütün iki nəfər övladı var.
Zach hal-hazırda film istehsalı karyerasına davam edir və sosial media platformalarında məzmun istehsal etməyə davam edir.