Bioqrafiya
Zeynep Alasya, 1976-cı ildə məşhur aktyorlar Zeki Alasya və Oya Alasya'nın qızı olaraq anadan olub. Musiqi kariyerinə 5 yaşında piano və solfej təhsili alaraq başlayıb, İstanbul Beyoğlu Liseyini və Marmara Universitetinin Güzel Sanatlar Fakültəsinin Cam Bölümünü bitirib. Peşəkar musiqi kariyerinə Melih Kibar ilə birgə ilk addımını atan Zeynep, Tülay Uyar-dan vokal dərsləri almış və mahnı sözləri yazmağa başlamışdır.
İlk dəfə Melih Kibar’ın "Saat Sabahın Dokuzu" albümündə "Bir Bakışın Yetti" adlı mahnını ifa edib. Respublikanın 80-ci ildönümü münasibətilə Melih Kibar tərəfindən bəstələnmiş 80. İl Marşı’nın sözlərini yazıb.
Zeynep Alasya, bir müddət Sezen Aksu-nun vokalisti kimi də fəaliyyət göstərib. 2010-cu ildə Rec Müzik Prodüktörlüyü vasitəsilə "Suskun" adlı ilk solo albümünü musiqi sevərlərlə görüşdürüb. Həmçinin, Osmanlı Kıyam və Diriliş Ertuğrul kimi serialların musiqilərini hazırlayıb.
Zeynep Alasya, ata tərəfindən kökəncə Kıbrıslıdır. İlk evliliyini 22 yaşında edib və boşanıb. 2004-cü ildən Alpay Göltekin ilə evlidir və bu evliliyindən Ali adlı bir oğlu var.