Bioqrafiya
Doğum tarixi: 6 fevral 1917 Ölüm tarixi: 18 dekabr 2016 Zsa Zsa Gabor neçə yaşında dünyasını dəyişdi: 99 Peşəsi: Film aktrisası Doğum yeri: Budapeşta, Macarıstan Ölüm yeri: Bel-Air, Los-Anceles, Kaliforniya, ABŞ Əsl adı Sari Gábor olan Zsa Zsa Gabor, 6 fevral 1917-ci ildə Macarıstanın Budapeşta şəhərində geniş Tatar ailəsində ortanca uşaq olaraq anadan olub. Atası Vilmos Gábor hərbiçi, anası Jolie Gábor'dur. İki bacısı, Eva və Magda vardır.
1936-cı ildə Macarıstan gözəllik kraliçası seçilib. 1937-ci ildə Türkiyə Respublikasının Xarici İşlər Nazirliyində çalışan Burhan Asaf Belge ilə evlənib və 1941-ci ildə ABŞ-a köçərək boşanma prosesini başlatmışdır. O, tanınmış bir aktrisa oldu.
Zsa Zsa Gabor, Hollywood'a gəldikdən sonra dövrünün ən gözəl və cazibədar qadınlarından biri kimi tanınmışdır. 1958-ci ildə "Ən Göz Qamaşdıran Aktrisa" kateqoriyasında Qızıl Qlobus mükafatını qazanıb. Televiziyada Hollywood Şöhrət Dəhlizində ulduzu ilə tanınır.
Onun həyatında ən diqqətçəkən tərəf isə evlilikləridir. 9 dəfə evlənmişdir. Zsa Zsa Gabor'un həyatı və xatirələri 1991-ci ildə çap edilib və "One Lifetime is not Enough" adlı kitabda Atatürk ilə olan münasibətini qeyd edib.
1937-ci ildə Ankaraya gələrək dövrün xarici işlər bürokratı Burhan Asaf Belge ilə evlənib. Atatürk ilə tanış olub və 5 il ərzində ona aşiq olduğunu iddia edib. Atatürk öldükdən sonra 1949-cu ildə George Sanders ilə evlənib və 1954-cü ildə boşanıb.
1942-ci ildə Hilton otellərinin sahibi Conrad Hilton ilə evlənib və İstanbulda otel açması üçün ona təzyiq etdiyi deyilir. 2011-ci ildə sağ bacağında baş verən infeksiya səbəbindən diz üstü amputasiya edilib. Zsa Zsa Gabor, Bel-Air, Los-Anceles, Kaliforniya, ABŞ-da 99 yaşında dünyasını dəyişib. Evlilikləri: 1.
Burhan Asaf Belge (1937–1941) (boşanıb) 2. Conrad Hilton (1942–1946) (boşanıb) - Francesca Hilton (d.1947) adlı qızı var. 3.
George Sanders (1949–1954) (boşanıb) 4. Herbert Hutner (1962–1966) (boşanıb) 5. Joshua S.
Cosden, Jr. (1966–1967) (boşanıb) 6. Jack Ryan (1975–1976) (boşanıb) 7.
Michael O'Hara (1976–1983) (boşanıb) 8. Felipe de Alba (13 aprel 1983 - 14 aprel 1983) (prosedurlar ləğv edilib) 9. Frédéric Prinz von Anhalt (1986–2016) Filmləri: 1952 - Lovely to Look At 1952 - We're Not Married 1952 - Moulin Rouge 1953 - The Story of Three Loves 1953 - Lili 1953 - L'ennemi public no.1 ("The Most Wanted Man") 1954 - Ball der Nationen ("Ball of the Nations") 1954 - 3 Ring Circus 1956 - Death of a Scoundrel 1957 - The Girl in the Kremlin 1958 - The Man Who Wouldn't Talk 1958 - Country Music Holiday 1958 - Queen of Outer Space 1959 - For the First Time 1960 - La contessa azzurra ("The Blue Countess") 1962 - Boys' Night Out 1966 - Picture Mommy Dead 1966 - Drop Dead Darling 1966 - Arrivederci, Baby! 1972 - Up the Front (Kellett) 1976 - Won Ton Ton, the Dog Who Saved Hollywood 1978 - Every Girl Should Have One 1984 - Frankenstein's Great Aunt Tillie 1986 - Charlie Barnett's Terms of Enrollment 1986 - Smart Alec 1987 - Johann Strauss: The King Without a Crown 1992 - The Naked Truth 1993 - East & West: Paradises Lost 1993 - Happily Ever After 1993 - The Beverly Hillbillies 1996 - A Very Brady Sequel 2005 - The Last Mogul (Kendisi) (film) Mənbə: Biyografiler.com