Bioqrafiya
Ahmet Akgündüz, 1955-ci ildə Diyarbakır vilayətinin Çüngüş rayonunun Malkaya kəndində anadan olub. İlköğretim təhsilini kəndində tamamladıqdan sonra Gaziantep İmam Hatip Liseyində və Gaziantep Liseyinin dəqiq elmlər bölməsində təhsilinə davam edib. Yüksək təhsilini Erzurum Universitetinin İslami Elmlər fakultəsində tamamlayaraq məzun olub.
Ardınca İstanbul Universitetinin Hüquq fakultəsindən də məzuniyyət alıb. Məzuniyyətindən sonra Dicle Universitetində Hüquq Tarixi üzrə araşdırma müəllimi kimi işə başlayıb. 1983-cü ildə magistratura, 1986-cı ildə isə doktorantura çalışmasını "İslam Hüququ və Osmanlı Tətbiqatında Vəqf Müəsisəsi" adlı dissertasiyası ilə tamamlayıb.
1987-ci ildə Hüquq Dosent olaraq Konya Selçuk Universitetinə təyin edilib, 1993-cü ildən Dumlupınar Universitetində Hüquq professoru vəzifəsində çalışır. Həmçinin, bu universitetə bağlı Bilecik İqtisadi və İdarəetmə Elmləri Fakultəsinə Dekan olaraq təyin olunub. Ahmet Akgündüz, Farsca, İngiliscə və Ərəb dilində mükəmməl dərəcədə biliklərə malikdir.
Akgündüz evlidir və iki övladı var. Hazırda Rotterdam İslam Universitetinin rektoru kimi fəaliyyət göstərir və Osmanlı Araşdırmaları Fondunun mütevelli heyətinin sədri vəzifəsini də icra edir.