Bioqrafiya
Erno Rubik, 1944-cü ilin iyul ayında Macarıstanın paytaxtı Budapeştdə anadan olub. Anası şair, atası isə planör fabriki sahibi olan bir təyyarə mühəndisi kimi çalışırdı. Mucit kimi tanınan Rubik, eyni zamanda professor və heykəltəraş kimi də bir çox uğurlu işlərin müəllifidir.
Təhsil həyatına Tətbiqi İncəsənətlər Akademiyasında dizayn və memarlıq üzrə başlayıb, 1971-1975-ci illər arasında memar kimi fəaliyyət göstərib. Akademik karyerasını davam etdirərək, 1987-ci ildən Budapeştdəki Tətbiqi İncəsənətlər Kollegiyasında professor titulunu alıb. Rubik, adətən işlərində model dizaynı ilə məşğuldur və üç ölçülü layihələrə diqqət yetirir.
Onun ən tanınmış ixtirası olan Rubik Küpü 1974-cü ildə hazırlanıb və 1975-ci ilin yanvarında patent üçün müraciət edilib. 1977-ci ildən Macarıstanda istehsalına başlanılan Rubik Küpü, qısa müddətdə Avropada böyük satış artışı yaşamış və Qərb akademik dünyasından da maraq görmüşdür. 1980-ci illərin əvvələrində "Və Oyunlar" adlı oyun və bulmaca dərgisinin baş redaktoru olaraq fəaliyyət göstərib, 1983-cü ildə isə "Rubik Studio" adında öz şirkətini qurub.
1990-cı ildən Macar Mühendislik Akademiyasının Prezidentliyi vəzifəsini icra edərək, istedadlı gənc mühəndislərə dəstək olmaq məqsədilə Beynəlxalq Rubik Fondunu yaradıb. Hal-hazırda Rubik Küpü, dünya üzrə yarışların mövzusu olmaqda davam edir və Rubik, bu bulmacanın yaradıcısı kimi tanınır. Rubik, 1981-ci ildə Agnes Hegely ilə evlənib və bu evlilikdən Zoltán Ernő Rubik adlı bir oğlu var.