Bioqrafiya
Lakshmi Mittal, 15 iyun 1950-ci ildə Hindistanın Rajasthan ştatının Sadulpur kəndində anadan olub. Hint milyarderi, iş adamı və xeyriyyəçi olan Mittal, dünyanın ən böyük polad istehsalçısı olan Mittal Steel Company-nin prezidenti və baş icraçısıdır. Forbes jurnalının 2006-cı il Milyarderlər Siyahısında 27.7 milyard dollarlıq sərvəti ilə dünyanın ən zəngin beşinci insanı olaraq yer alıb.
Həmçinin, Sunday Times qəzetinin Zenginlər Siyahısında 14.8 milyard avroluq sərvəti ilə İngiltərənin ən zəngin adamı kimi tanınır. Mittal, Marwari Agraval soyundan gələn bir ailədə dünyaya gəlib. Ailəsi, babası Tarachand Ghanshyam Das-ın müstəqil Hindistandakı ilk dövr sənaye firmalarından birində çalışması ilə iş dünyasına addım atıb.
Atası, bir polad fabrikasına ortaq olmuş və işlərinin yaxşı getməsi ilə ailə Kalkütaya köçüb. 1969-cu ildə St. Xaviers Kollecindən ticarət sahəsində məzun olan Mittal, atası və qardları ilə birgə Mittal Steel polad fabrikasında çalışmağa başlayıb.
Lakin yaşadığı fikir ayrılıqları nəticəsində 1994-cü ildə şirkətin beynəlxalq əməliyyatlarını tək başına idarə etdiyi ayrı bir kola ayrılıb. Mittal Steel Company, qısa müddət ərzində dünyanın ən böyük polad istehsalçısı halına gəlib və bir çox ölkədə investisiyalar həyata keçirib. 2002-ci ildən Mittalgate kimi tanınan bir siyasi skandala qarışıb və İngilis İşçi Partiyasına etdiyi bağışlar müzakirə mövzusu olub.
2003-cü ildə Kensington Palace Gardens-dakı malikanəsini 128 milyon dollara satın alaraq diqqətləri üzərinə çəkib. 2004-cü ildə ‘Ən Zəngin Avropalı İş Adamı’ seçilən Mittal, 2006-cı ildə Forbes-un Milyarderlər Siyahısında 5-ci yerə yüksəlib. İki uşaq atası olan Mittal, 2004-cü ildə qızının nişanına 65 milyon dollar xərcləməklə dünya tarixinin ən bahalı nişanlarından birinə imza atıb.
Oğlu Aditya da Mittal Steel-in icraçısıdır.